Zəmanət kartı nədir?

Zəmanət kartı istehlakçıya əldə etdiyi məhsul üçün təmir və xidmətinini təsdiq edən hüquqi sənəddir. Hər bir məhsulun daxilində istehsalçının qaydalarını, nəyi qadağan etdiyini göstərən “İstifadə qaydaları” kitabçası mövcuddur. Pulsuz zəmanət təmiri ancaq məhsul zavod qüsuru ilə olması səbəbindən nasazlığı halında və ancaq zəmanət kartında göstərilən müddət ərzində həyata keçirilir. Daşıma xərcləri həmin zəmanət kartının öhdəliklərinə daxil edilmir.

Zəmanət xidməti aşağıdaki hallarda tətbiq olunmur.

-Mexaniki zədələr nəticəsində yaranan qüsurlar (zərbə izləri, korpusda olan zədələr, çatlar və s.)

-Məhsulun daxilinə maye və kənrar əşyalar keçdikdə, çirklənmə və yüksək rütubət nəticəsində yaranan qüsurlar.

-Elektrik cərəyanın qeyri-sabit olması nəticəsində yaranan qüsurlar.

-İstehsalçi tərəfindən tövsiyə olunmayan aksesuarların istifadə nəticəsində yaranan qüsurlar.

-Cihaz kənar şəxslər və ya servislər tərəfindən açıldıqda və zavod orjinallığının teminatının dəyişilməsi.

-Səliqəsiz istifadə nəticəsində yaranan qüsurlar.

Şirkətlə əlaqə zamanı “Sifariş nömrəsi(Order number)” qeyd etməyiniz lazımdır. WhatsApp, Instagram və ya Sosial şəbəkə ilə sifariş etmisizsə “Əlaqə nömrəniz”, www.milabrush.az saytından sifariş etmisizsə “Sifariş nömrəsi(Order number)” sizin “Sifariş nömrəniz(Order number)” olacaq.