1. ÜMUMİ MÜDDƏLAR
1.1. Ödəniş yalnız Azərbaycan manatı ilə həyata keçirilir;
1.2. Ödəniş 3 əsas yolla yerində nağd pul ilə, bank kartları ilə POS-terminal vasitəsilə və ya onlayn, bank hesablarından pul köçürməsi ilə həyata keçirilir.
2. NAĞD ALIŞ ZAMANI ÖDƏMƏ
2.1. Sifariş etdiyiniz məhsul çatdırılan zaman nağd pul vasitəsilə ödəmə;
2.2. Sifariş etdiyiniz məhsul çatdırılan zaman bank kartları ilə POS-terminal vasitəsilə ödəmə;
2.3. Bank kartları vasitəsi ilə onlayn ödəmə;
2.3.1. Azərbaycan Respublikasının və digər ölkələrin bank debet kartları ilə sayta daxil olaraq onlayn ödəmə;
2.3.2. Fiziki və hüquqi şəxslərə tələb olunan bütün sənədlər (müqavilə,qaimə-faktura, çek) təqdim olunmaqla, bank hesabından köçürmə ilə;
2.3.3. Müştəri məhsulun çatdırılmasına qədər sifarişdən imtina edib, xəbərdarlıq etdiyi təqdirdə online köçürdüyü pul geri qaytarılır.
3. TAKSİTLƏ ALIŞ ZAMANI ÖDƏMƏ
3.1. BirKart və ya TamKart ilə ödəmə;
3.1.1. Taksit kartları ilə ödəmə çatdırılma zamanı POS-terminal vasitəsilə və ya onlayn pul köçürməsi ilə həyata keçirilir;
3.1.2. Taksit kartlar ilə ödəniş zamanı sizə uyğun 2, 3, 6 və 12 aylıq Taskitlə ödəmə;
Qeyd: Onlayn üsulla etdiyiniz bütün ödənişlər zamanı daxil etdiyiniz məlumatlar tam təhlükəsiz şəkildə qorunur, MilaBrush MMC qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlarınızın qorunmasını təmin etmək üçün məsuliyyət daşıyır.