ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI

Şəxsi məlumat deyərkən müştərilərin MilaBrush-un xidmətlərindən istifadə zamanı şirkətə təqdim etdiyi bütün məlumatlar nəzərdə tutulur.

ŞƏXSİ MƏLUMATLARIN QORUNMA PRİNSİPLƏRİ

Ümumi prinsiplər:

MilaBrush aşağıda qeyd edilən məqsədlərlə müştərinin  şəxsi məlumatlarını istifadə edə və ya açıqlaya bilər:

  • Xidmət seçimlərinizi təyin etmək üçün
  • Sifarişinizi sizə göndərmək üçün
  • Milabrush-un maraqlarını qorumaq üçün
  • Ədalət mühakiməsi üçün
  • Sizin maraqlarınıza uyğun olduğunu düşündüyümüz, MilaBrush xidmətləri və ya üçüncü tərəfin xüsusi təkliflərini təbliğ etmək üçün

MilaBrush qeydiyyat formasında tələb edilən şəxsi məlumatları daha yaxşı xidmət göstərmək məqsədi ilə toplayır.

Təhlükəsizlik prinsipləri:

MilaBrush şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat tədbirlərinin görülməsinə məsuliyyət daşıyır.

Müştəri Qeydiyyat Formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyır. Əgər Qeydiyyat formasında tələb edilən məlumatlara natamam və ya qeyri-dəqiq cavab verilsə, bu, müştəriyə göstərilən xidmətin dayandırılması və ya xidmətin tamamilə sonlandırılması ilə nəticələnə bilər.

MilaBrush müştərilərinin şəxsi məlumatlarının qorunmasına cavabdehdir.