MilaBrush yalnız onlayn ticarət platforması olaraq fəaliyyət göstərir və fiziki ofisi və ya satış nöqtəsi mövcud deyil.
Bəli, əgər aldığınız məhsulun əmtəə görünüşü pozulmayıbsa, mövcud olan digər saç düzləşdiriciləri ilə dəyişə bilərsiniz. Bu zaman aradakı qiymət fərqi ödənilir.
Bəli, ev ünvanına sifariş edib məhsulu yoxlaya bilərsiniz. Məmnun qalmadıqda, test üçün göndərilmiş məhsulu geri qaytara bilərsiniz. Bu halda məsafədən asılı olaraq daşınma xərclərini ödəyirsiniz. Sınaq üçün açılmış məhsul (stokda mövcuddursa) sizə göndəriləcək. Məmnun qaldığınız təqdirdə sizə yeni məhsul təqdim ediləcək.
Mila Brush düzləşdiriciləri saçların sağlamlığına önəm verərək hazırlanmışdır. Keramik istilik texnologiyası saçları bərabər şəkildə qızdırır, ionlaşma sistemi isə saçın nəmini və parlaqlığını qoruyur. Təlimata uyğun istifadə etdikdə, saçlara heç bir zərər dəymir.
Mila saç düzləşdiricilərini faizsiz 6 aylıq taksit imkanı ilə aşağıdakı kartlarla əldə edə bilərsiniz:
- Birbank
- Tamkart
- Leokart
- UCard
Sadəcə seçdiyiniz kartla ödənişi həyata keçirin və rahat alış-verişdən zövq alın!
Mila saç düzləşdiricilərini aşağıdakı şərtlərlə kreditlə əldə edə bilərsiniz:
- Umico vasitəsilə 2, 3, 6, 12, 18 və ya 24 aylıq sərfəli kredit şərtləri ilə sifariş etmək mümkündür.
- Ferrum Kapital ilə 3-6 aylıq kredit xətti mövcuddur.
Ətraflı məlumat üçün +994 70 222 88 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Yeni cihazdan gələn kimyəvi qoxu, əsasən istehsal prosesində istifadə edilən silikon örtükdən və ya istilik elementlərinə tətbiq edilən qoruyucu maddələrdən qaynaqlanır. Silikon və digər materiallar ilk istifadədə istiliyin təsiri ilə buxarlanaraq müvəqqəti qoxu yaradır.
Bu qoxu tamamilə normaldır və cihazın təhlükəsizliyinə təsir etmir. Cihazı 2-3 gün otaq temperaturunda saxladıqda və ya maksimum istilik rejimində bir müddət boş işlədikdə, qoxu öz-özünə yox olur. Bu hal yalnız cihaz yeni olduğu zaman baş verir.
Bir müddət sonra saç düzləşdiricidən istifadə zamanı pis qoxu hiss edirsinizsə, bu, saçlarınıza tətbiq etdiyiniz yağ və digər baxım məhsullarının, eləcə də saçlardan qaynaqlanan kirlərin cihazın səthində yığılmasından qaynaqlana bilər. İstilik təsiri ilə bu qalıqlar yanaraq xoşagəlməz qoxu yarada və saçlarınıza zərər verə bilər.
Tövsiyələr:
İstifadədən sonra cihazın səthini nəm salfetka və ya spirtlə nəmləndirilmiş yumşaq bir parça ilə silin.
Saçlarınıza tətbiq etdiyiniz məhsulların tam qurumasını gözləyin.
Düzləşdiricini təmiz və quru saçlarda istifadə edin.
Bu sadə tədbirlər həm cihazınızın ömrünü uzadacaq, həm də saçlarınızın sağlamlığını qoruyacaq.