GERİ QAYTARILMA VƏ DƏYİŞDİRİLMƏ QAYDALARI

Sizin rahatlığınızı təmin etmək üçün geri qaytarılma və dəyişdirilmə siyasətimiz Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edilmişdir. Bu qaydalar hər hansı narazılıq və ya probleminiz olduqda hüquqlarınızın qorunmasını təmin edir.

Geri Qaytarılma Şərtləri

1. Məhsul geri qaytarılma üçün təqdim edildikdə, o, orijinal vəziyyətdə və istifadə olunmamış olmalıdır.

2. Geri qaytarılma tələbi məhsulun alındığı tarixdən etibarən 14 gün ərzində edilməlidir.

3. Orijinal qablaşdırma və satış qəbzi təqdim olunmalıdır.

4. Şəxsi gigiyenik məhsulları kateqoriyasına aid olunan məhsullar geri qaytarılmaya aid edilmir.

Dəyişdirilmə Şərtləri

1. Dəyişdirilmə yalnız məhsulun defektli, zədələnmiş və ya yanlış göndərildiyi hallarda mümkündür.

2. Dəyişdirilmə tələbi məhsulun alındığı tarixdən etibarən 7 gün ərzində edilməlidir.

3. Dəyişdiriləcək məhsul orijinal vəziyyətdə, istifadə olunmamış və orijinal qablaşdırmada olmalıdır.

Qanunvericiliyə Uyğunluq

Geri qaytarılma və dəyişdirilmə prosesi Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı Hüquqlarının 15-ci bəndinə uyğun olaraq icra edilir. Bu bəndə əsasən istehlakçılar əldə etdikləri məhsulları qanunla nəzərdə tutulmuş şərtlər daxilində geri qaytarmaq və ya dəyişdirmək hüququna malikdirlər.

Geri Qaytarılma və ya Dəyişdirilmə Prosesi

1. Geri qaytarılma və ya dəyişdirilmə üçün bizimlə əlaqə saxlayın:

Telefon: +994 70 222 88 25

E-poçt: service@milabrush.az

2. Tələbiniz təsdiqləndikdən sonra məhsulun geri göndərilməsi və ya dəyişdirilməsi üçün təlimatlar təqdim ediləcək.

3. Geri qaytarılma təsdiqləndikdən sonra ödənişiniz 7 iş günü ərzində eyni ödəniş metodu ilə geri qaytarılacaq.

Vacib Məlumatlar

Geri göndərmə ilə bağlı çatdırılma xərcləri yalnız məhsulun defektli və ya yanlış olduğu halda qarşılanacaqdır.

Deyişdirilmə məhsul bizim tərəfimizdən yoxlanıldıqdan sonra dəyişdirilmə prosesi icra ediləcək.

Əlavə suallarınız üçün Müştəri Xidmətləri bölməsinə müraciət edə bilərsiniz. Məqsədimiz, alış-veriş təcrübənizin həm hüquqlarınıza uyğun, həm də problemsiz olmasını təmin etməkdir.